Portuqaliyanın daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq
Futbol
- 01 sentyabr, 2021
- 05:24

Portuqaliya millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq.
"Report"un məlumatına görə, "Sportinq" klubundan yığmasya cəlb olunan Pedru Qonsalveş heyətdən çıxarılıb.
23 yaşlı yarımmüdafiəçi millinin məşqində zədələnib. Onun yerinə komandaya İngiltərə "Vulverhempton"undan Fransişku Trinkan çağırılıb.
Portuqaliya seçməsində daha əvvəl Qonsalu İnasio və Rikardu Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Son xəbərlər
06:24
Konqresmen Rusiya ilə ticarəti məhdudlaşdıran qanun layihəsini təqdim edib
Digər ölkələr06:09
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb
Daxili siyasət05:58
Mexikodakı partlayışda xəsarət alanların sayı 70-ə çatıb, 3 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr05:55
ABŞ Konqresi 2026-cı il üçün təxminən 900 milyard dollar həcmindəki hərbi xərcləri təsdiqləyib
Digər ölkələr05:22
Video
Tramp Kirkin öldürülməsini özünün Pensilvaniyada uğradığı sui-qəsd cəhdi ilə əlaqləndirib
Digər ölkələr05:09
KİV: HƏMAS liderləri namaz qılarkən telefonu özləri ilə götürmədikləri üçün sağ qalmış ola bilərlər
Digər ölkələr04:51
Yaponiya ilk dəfə öz ərazisində "Typhon" raket kompleksləri ilə təlimlər keçirir
Digər ölkələr04:32
Çarli Kirkə sui-qəsddə şübhəli bilinərək saxlanılan şəxs sərbəst buraxılıb - YENİLƏNİB-2
Digər ölkələr03:52