Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Futbol
  • 11 iyun, 2026
  • 10:00
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Portuqaliya və Nigeriya milliləri arasındakı yoldaşlıq oyununun başlamasına bir neçə dəqiqə qalmış 77 yaşlı kişi ürəktutmasından vəfat edib.

"Report" UOL-a istinadən xəbər verir ki, hadisə qarşılaşmanın keçirildiyi Leyriya şəhərindəki "Doktor Maqalyaynş Pesoa" stadionunda qeydə alınıb.

Həkimlər fanata dərhal tibbi yardım göstərərək onu Leyriyadakı "Santu-Andre" xəstəxanasına çatdırsalar da, orada onun ölüm faktı təsdiqlənib. Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Portuqaliya Nigeriya seçməsinə 2:1 hesabı ilə qalib gəlib.