Portuqaliya çempionatının başlama tarixi açıqlandı

Futbol
  • 05 avqust, 2020
  • 06:22
Portuqaliya çempionatının başlama tarixi açıqlandı

Portuqaliya Futbol Federasiyası ölkə çempionatında 2020/2021 mövsümünün start götürəcəyi tarixi açqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yüksək liqada mübarizə sentyabrın 20-də başlayacaq.

Portuqaliya çempionatında 2019/2020 mövsümü iyulun sonlarında başa çatıb.

Bütün rəqiblərini qabaqlayan "Portu" çempionluq tituluna sahib çıxıb.