Poqba 2023-cü ildən sonra ilk dəfə meydana çıxıb
- 23 noyabr, 2025
- 01:38
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba 2023-cü ildən sonra ilk dəfə meydana çıxıb.
"Report"un məlumatına görə, o, Fransa çempionatının 13-cü turunun "Renn"lə qarşılaşmasının (1:4) 85-ci dəqiqəsində Mamadu Koulibalini əvəzləyib.
2024-cü ilin fevralında Poqba antidopinq pozuntusuna görə dörd il müddətinə futboldan uzaqlaşdırılıb, lakin oktyabrda İdman Arbitraj Məhkəməsi onun cəzanı 18 aya endirib.
İyun ayında "Monako" ilə müqavilə imzalayan idmançı son matçını 3 sentyabr 2023-cü ildə İtaliyanın "Yuventus" klubunda keçirib.
Qeyd edək ki, 32 yaşlı Poqba 2018-ci il Dünya Kubokunun çempionu və 2016-cı il Avropa Çempionatının ikincisidir.
Karyerası ərzində o, 2017-ci ildə Avropa Liqasının qalibi olduğu "Yuventus" və "Mançester Yunayted"də oynayıb. "Yuventus"la fransız futbolçu dörd İtaliya çempionluğu, üç İtaliya Superkuboku və iki dəfə İtaliya kubokunu qazanıb.