Polşa millisinin sabiq qapıçısı: "Qarabağ"la matç asan olmayacaq"
Futbol
- 29 sentyabr, 2020
- 08:29

"Azərbaycanın çoxları üçün ekzotik futbol ölkəsi olmasına baxmayaraq, "Qarabağ" daha təcrübəlidir".
"Report"un məlumatına görə, bunu Polşa millisinin sabiq qapıçısı Radoslav Maydan Avropa Liqasının pley-off mərhələsində "Legiya"nın "Qarabağ"a qarşı keçirəcəyi matç barədə danışarkən deyib.
48 yaşlı keçmiş qolkiper Ağdam təmsilçisinin böyük büdcəsinin və ciddi sponsorunun olduğunu bildirib: "Bu komanda ilə matç asan olmayacaq. Vacib olan odur ki, "Legiya" evdə oynayır. Ümid edirəm ki, bu onların qələbə qazanmasına köməklik göstərəcək".
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Son xəbərlər
06:38
Xərçəng xəstəliyinin erkən aşkarlanması üçün üsul hazırlanıb
Elm və təhsil06:07
KİV: Almaniya Ordusu NATO-nun məqsədlərinə çatmaq üçün daha 100 min əsgərə ehtiyac duyur
Digər ölkələr05:48
Böyük Britaniyanın yeni XİN başçısı ilk səfərini Ukraynaya edəcək
Digər ölkələr05:31
Polşa Belarusla sərhədi bağlayıb
Digər ölkələr04:52
Tramp: İctimai fəal Kirkin qatilinin axtarışında irəliləyiş var
Digər ölkələr04:20
Avropanı tərk edən idmançı: Fransada dəhşətli irqçilik var idi
Fərdi03:41
Polşa DİN 17-ci PUA-nın tapıldığını bildirib
Digər03:08
Braziliyanın sabiq prezidenti Bolsonaru 27 il 3 ay müddətinə azadlıqdan məhrum olunub
Digər02:31