Polşa millisi baş məşqçisi ilə müqavilə müddətini uzatdı
Futbol
- 18 may, 2020
- 13:02
Yeji Bjençek
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa Futbol İttifaqı millinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək.
Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb.
Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AVRO-2020-də çıxış edəcək.
Son xəbərlər
14:23
Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala adlayıb - YENİLƏNİB-3
Fərdi14:23
Dünya çempionatı: Uşanqi Kokauri Kənan Nəsibovu üstələyərək yarımfinala adlayıb
Fərdi14:18
ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb
Digər ölkələr14:15
Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
Sənaye14:05
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
Region14:05
İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
Qarabağ14:02
Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib
Xarici siyasət14:00
Dünya çempionatı: Kənan Nəsibov 1/4 finala yükəlib - YENİLƏNİB
Fərdi13:56