PFL rəsmisi Elgiz Abbasov: "Araz-Naxçıvan" stadion seçimini hələ etməyib"

Futbol
  • 17 iyul, 2026
  • 15:45
PFL rəsmisi Elgiz Abbasov: Araz-Naxçıvan stadion seçimini hələ etməyib

"Araz-Naxçıvan" komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadionla bağlı problem yaşayır.

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.

"Araz-Naxçıvan" stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib", - o vurğulayıb.

Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.