Penitensiar Xidmətin tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirilib

Futbol
  • 24 may, 2016
  • 11:23
Penitensiar Xidmətin tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində "Məktəbli" komandası ilə tərbiyə müəssisəsinin məhbusları arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. "Report"un məlumatına görə, görüş AFFA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Oyundan sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib, məhbuslara diplom və hədiyyələr təqdim ediblər.

44 - Tezliklə