Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
  • 25 noyabr, 2014
  • 05:34
Pele yenidən xəstəxanaya yerləşdirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə 3 qat dünya çempionu Pele son ayda ikinci dəfə xəstəxanaya yerləşdirilib. "Report"un məlumatına görə, səbəb sidik kanallarındakı infeksiyanın güclənməsi olub. 

Qeyd edək ki, Braziliya milli komandasının sabiq hücumçusu noyabrın 12-də də mədəsindəki ağrılardan şikayətlənib. Bunun nəticəsində Pelenin böyrəyindəki daşlar götürülüb.