Pele dünya çempionatına qatılmaqdan imtina edib

Futbol
  • 11 aprel, 2018
  • 09:31
Pele dünya çempionatına qatılmaqdan imtina edib

Bakı. 11 aprel. REPORT.AZ/ Braziliyalı əfsanəvi futbolçu Pele Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib.

"Report"un "Goal.com"a istinadən verdiyi məlumata görə, 78 yaşlı veteran hücumçu səhhətindəki problemlə əlaqədar DÇ-2018-in oyunlarına gedə bilməyəcək. 

Pele 2016-cı ildə Braziliyada keçirilmiş Yay Olimpiya Oyunlarında da iştirak edə bilməyib. O, səhhətindəki problemləri əsas gətirərək olimpiya məşəlini yandırmaq təklifini qəbul etməyib. Braziliyalı ulduz 2012-ci ildə osteoxondroz xəstəliyinə görə cərrahi müdaxiləyə ehtiyac duyub. Lakin bu əməliyyat fəsad verib.  

Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

44 - Tezliklə