Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"

Futbol
  • 27 iyun, 2026
  • 03:54
Pap Tyav: Seneqal millisinin taleyi öz əlində deyil

Seneqal millisinin taleyi öz əlində deyil.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin III turunun oyunundan sonra deyib.

Mütəxəssis böyük hesabla qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Biz üzərimizə düşən işi gördük. Amma artıq taleyimiz öz əlimizdə deyil. İndi digər oyunların nəticələrini gözləməliyik. İlk hissə bizim üçün çətin keçdi. İraq erkən qırmızı vərəqə alsa da, istədiyimiz qolları vura bilmirdik. Daim oyuna nəzarət etməyə çalışmaq futbolçuların yorğunluğuna təsir etmişdi.

Fasilədə komandada müəyyən dəyişikliklər etdik və daha çox qısa ötürmələrlə oynamağa çalışdıq ki, rəqibi daha çox hərəkət etməyə məcbur edək. 11 futbolçu ilə 10 nəfərə qarşı oynamağın üstünlüyü hiss olundu. Etdiyimiz dəyişikliklər də bəhrə verdi".

Qeyd edək ki, Seneqal seçməsi İraqı 5:0 hesabı ilə məğlub edib.