Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər

Futbol
  • 04 iyul, 2026
  • 13:22
Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər

Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir.

Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir. Çuamenini start heyətində Manu Konenin əvəzləyəcəyi qeyd olunub.

Qeyd edək ki, Paraqvay və Fransa komandaları arasındakı qarşılaşma iyulun 5-də keçiriləcək.