"Olimpiya"ya uduzacağı təqdirdə, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi müəyyənləşib

Futbol
  • 19 iyun, 2018
  • 14:27
Olimpiyaya uduzacağı təqdirdə, Qarabağın Avropa Liqasındakı rəqibi müəyyənləşib

Bakı. 19 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında Çempionlar Yolu üçün II təsnifat mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, bu mərhələdə Çempionlar Liqasının I təsnifat mərhələsində uduzan komandalar çıxış edəcəklər.

"Qarabağ" klubu Çempionlar Liqasında mübarizəni erkən dayandırsa, Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək. Azərbaycan təmsilçisi bu halda, "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Krusaders" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Oyunlar iyulun 26-da və avqustun 2-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı Avropa Liqasının II təsnifat mərhələsində Liqa Yolunda "Qəbələ", "Neftçi" və "Keşlə" təmsil edəcək. Onların rəqibləri iyunun 20-də müəyyənləşəcək.