“Nyukasl” “Liverpul”u məğlub edərək ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb

Futbol
  • 17 mart, 2025
  • 00:45
“Nyukasl” “Liverpul”u məğlub edərək ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb

İngiltərə Liqa Kubokunun finalında "Nyukasl" "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, görüş Londonun "Uembli" stadionunda baş tutub.

Qaliblərin qollarını Den Bern (45) və Aleksandr İsak (52) vurub. "Liverpul"un heyətində Federiko Kyeza (90+4) fərqlənib. İsak 51-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol hesaba alınmayıb.

“Nyukasl” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda əvvəllər iki dəfə - 1976 və 2023-cü illərdə turnirin finalında çıxış edib.

“Liverpul” 2024-cü ildə yarışın qalibi olub və ən çox  - 10 dəfə kuboku qazanıb. Komanda 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə də bu mükafata sahib çıxıb.