"Nyukasl"ın hücumçusu Bundesliqaya qayıtmaq istəyir

Futbol
  • 19 fevral, 2026
  • 13:32
Nyukaslın hücumçusu Bundesliqaya qayıtmaq istəyir

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İngiltərənin "Nyukasl" klubunun hücumçusu Nik Voltemade komandadan ayrılmaq istəyir.

"Report"un "Bild"ə istinadən məlumatına görə, 24 yaşlı almaniyalı futbolçu yaxın gələcəkdə Bundesliqaya qayıtmaq üçün variantlar axtarır.

Onun "Ştutqart"a dönməyə və ya hazırda onunla maraqlanan "Bavariya"ya qoşulmağa müsbət yanaşdığı qeyd olunub.

Nik Voltemade 2025-ci ilin avqustundan "Nyukasl"ın uğurları üçün çalışır. O, 2025/2026 mövsümündə meydana çıxdığı 39 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Qeyd edək ki, "Transfermarkt" portalı Nik Voltemadenin dəyərini 70 milyon avro qiymətləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti