Nqolo Kante dünya çempionatını buraxa bilər
Futbol
- 14 oktyabr, 2022
- 17:42
“Çelsi”nin baş məşqçisi Qrem Potter London klubunun və Fransa yığmasının yarımmüdafiəçisi N'Qolo Kantenin zədəsindən danışıb.
“Report” “SKY Sport”a istinadən xəbər verir ki, mütəxəssis onun dünya çempionatını buraxa biləcəyini deyib.
“Kantenin səhhəti ilə məşğul olmalıyıq, onun daimi zədələnməsi bizi narahat edir. Reabilitasiyanın son mərhələsində həmişə nə isə olur. İndi düzgün diaqnoz qoymaq, düzgün məsləhət vermək və sonra onun formaya düşməsinə yardımçı olmaq lazımdır”, - deyə o bəyan edib.
Qeyd edək ki, ötən həftə təkrar əzələ zədəsindən sonra Kantenin daha bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını buraxmaq riski ilə üzləşib.
Son xəbərlər
04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Digər ölkələr03:56
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Digər ölkələr03:17
Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
Region02:54
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
Region02:27
İzmirdə 56 qanunsuz miqrant saxlanılıb
Region01:57
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
Region01:23
Foto
Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - ƏLAVƏ OLUNUB
Xarici siyasət01:12