"Nottinqem Forest" Kolumbiya millisinin üzvü Daniel Munyosu transfer edib

Futbol
  • 31 avqust, 2026
  • 17:33
Nottinqem Forest Kolumbiya millisinin üzvü Daniel Munyosu transfer edib

İngiltərənin "Nottinqem Forest" klubu Kolumbiya yığmasının müdafiəçisi Daniel Munyosu heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə müddəti daha 1 il uzadılmaq şərti ilə 3 illik müqavilə bağlanıb.

2024-cü ilin yanvarında Londonun "Kristal Pelas" kollektivinə keçən arxa xətt oyunçusu 2024/2025 mövsümündə komandası ilə İngiltərə Kuboku və Superkubokunun qalibi olub, həmçinin UEFA Konfrans Liqasında çempionluq yaşayıb. O, ötən mövsüm London klubunun forması ilə bütün turnirlərdə 46 qarşılaşmada 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daniel Munyos 2021-ci ildən çıxış etdiyi Kolumbiya yığmasında 51 matça çıxıb. O, iki dəfə Amerika Kubokunda, son olaraq isə DÇ-2026-da iştirak edib.

44 - Tezliklə