Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Futbol
  • 08 oktyabr, 2025
  • 12:44
Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Norveçli FIFA referisi Rohit Saqqi daha əvvəl də Azərbaycan millisinin matçına təyinat alıb.

"Report"un məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Fransa - Azərbaycan qarşılaşmasını idarə ədəcək 33 yaşlı hakim ikinci dəfə yığmanın oyununda iş başında olacaq.

O, 2024-cü ildə komandanın UEFA Millətlər Liqasında Slovakiya ilə Bakıda reallaşan görüşündə ədaləti qoruyub. Həmin qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Bundan əlavə, Rohit Saqqi daha əvvəl "Neftçi" klubunun avrokubok matçına təyinat alıb. 2022-ci ildə Avstriyada yerli "Rapid" kollektivi ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda norveçli hakim söz sahibi olub. "Ağ-qaralar" rəqibinə əlavə vaxtda iki cavab qolla uduzub.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti