Nihat Kahveci: "Azərbaycanın istəkli oynayacağını bilirdik"
Futbol
- 27 may, 2021
- 18:11

"İlk yarını iki hissəyə bölə bilərik. Yaxşı və pis oynadığımız vaxtlar oldu. Hesabda geri düşsək də, dərhal öz oyunumuzu tapdıq və 2 standart vəziyyətdən qol vurduq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Azərbaycanla yoldaşlıq matçının ilk hissəsini dəyərləndirərkən deyib.
Veteran hücumçu Canni De Byazinin rəhbərlik etdiyi kollektivin oyuna daha istəkli başladığını bildirib: "Rəqibin bu cür oynayacağını bilirdik. Onların meydandakı istəyinə qarşılıq vermədik, problem yaşadıq. Hesabı bərabərləşdirdikdən sonra komandamız daha yaxşı oynamağa başladı".
Qeyd edək ki, Alanyadakı Oba stadionunda keçirilən görüşdə ikinci hissə oynanılır və Türkiyə seçməsi 2:1 hesabı ilə öndədir.
Son xəbərlər
20:48
Azərbaycan və Özbəkistan paralimpiya hərəkatının inkişafını müzakirə edib
İdman20:45
Kəlbəcərə dolu düşüb
Hadisə20:36
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlib
Xarici siyasət20:28
Gəncədə leysan nəqliyyatın hərəkətində çətinliklər yaradıb
Hadisə20:23
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib - YENİLƏNİB-4
Futbol20:23
Foto
Güclü külək Naxçıvanda fəsadlar törədib
Hadisə20:22
Bakıda məktəbdə pul yığdığı iddia olunan direktor işdən çıxarılıb
Elm və təhsil20:21
Kaya Kallas Rusiyanın Estoniya hava məkanını pozmasını təhlükəli təxribat adlandırıb
Digər ölkələr20:16