DÇ-2026: Niderland - Yaponiya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-7
- 15 iyun, 2026
- 01:56
Futbol üzrə dünya çempionatında Niderland - Yaponiya ilə qarşılaşıb.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 2:2.
Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura (57) və Daiti Kamada (88) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 06:00-da İsveç və Tunis komandaları arasında keçiriləcək.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda daha bir qol vurulub.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında asiyalılar yenidən hesabı bərabərləşdiriblər - 2:2.
88-ci dəqiqədə Daiti Kamada başla fərqlənib.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda daha bir qol vurulub.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında avropalılar yenidən hesabda irəli çıxıblar - 2:1.
64-cü dəqiqədə Krisensio Sammervill qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda daha bir qol vurulub.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında asiyalılar hesaba tarazlıq gətiriblər - 1:1.
57-ci dəqiqədə Keito Nakamura qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda ilk qol vurulub.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
50-ci dəqiqədə Vircil van Deyk başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında qapılara qol vurulmayıb.
Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyununda ilk hissə yekunlaşıb.
"Report" xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçnda fasiləyə qədər qapılara qol vurulmayıb.
Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.
Futbol üzrə dünya çempionatının Niderland - Yaponiya oyunu start götürüb.
"Report" xəbər verir ki, F qrupunun matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.