Neymar “Əl-Hilal” futbol klubundan təklif alıb

Futbol
  • 13 avqust, 2023
  • 08:12
Neymar “Əl-Hilal” futbol klubundan təklif alıb

Fransanın PSJ futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.

“Report” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib

Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Fransa komandasının heyətində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.

44 - Tezliklə