"Neftçi" yubiley günü qalib gələrək 5-ci pilləyə yüksəlib - VİDEO
- 18 mart, 2017
- 17:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Neftçi" komandası 80 illik yubileyinə təsadüf edən görüşdə "İnter"lə qarşılaşıb.
"Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.
Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı yenib - 1:0. Tura martın 19-da keçiriləcək AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.