"Neftçi" və "Səbail" cəzalanıb, "Kəpəz"ə xəbərdarlıq olunub
Futbol
- 23 fevral, 2023
- 12:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 4 000 manat məbləğində cərimələyib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna "ağ-qaralar"ın azarkeşlərinin "Səbail"ə (3:0) qalib gəldikləri Premyer Liqanın XXIII tur matçında kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmamasına görə "Neftçi"yə xəbərdarlıq da edilib.
"Səbail"ə isə 400 manat məbləğində cərimə kəsilib. "Dənizçilər"in dörd oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalanıb.
Komitə "Kəpəz" klubuna da xəbərdarlıq edib. Gəncə təmsilçisinin topdaşıyanları "Şamaxı"nı 3:2 hesabı ilə yendikləri oyunda topları futbolçulara ötürərkən vaxtı uzadıblar.
Son xəbərlər
08:52
"Reuters": ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
Digər ölkələr
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya
08:19
Bakının 15 istiqamətində yollarda tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region