"Neftçi" və "Qarabağ" doğma meydanda məğlub olmayıb

Futbol
  • 31 mart, 2020
  • 10:31
Neftçi və Qarabağ doğma meydanda məğlub olmayıb

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə yalnız iki komanda öz meydanında uduzmayıb. 

"Report"un məlumatına görə, bunlar turnir cədvəlinin liderləri “Qarabağ”la “Neftçi”dir.

Paytaxt təmsilçisi evdə ən çox xal toplayan komandadır. Lakin “ağ-qaralar” Ağdam təmsilçisi ilə müqayisədə bir oyun çox keçirib. Paytaxt təmsilçisi evdə ən çox qol vurmaq, əyalət klubu ən az top buraxmaqla diqqət çəkir.

Öz meydanında 3-cü göstərici “Keşlə”yə məxsusdur. Evdə ən az xal toplayan komanda “Sabah”dır. Lakin hesabında 8 xal olan paytaxt klubu geri qaldığı “Səbail” və “Qəbələ”dən bir oyun az keçirib.

1.Neftçi1165021 - 7 23
2.Qarabağ1064014 - 3 22
3.Keşlə1051414 – 1016
4.Zirə1043316 – 1715
5.Sumqayıt1033412 – 1612
6.Qəbələ1031614 – 1610
7.Səbail10235 7 – 159
8.Sabah9225 9 – 128

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirusa görə dayandırılıb.