"Neftçi" və "Keşlə"nin futbolçuları hakimi təhqir etdikləri üçün 5 oyunluq cəza aldılar
- 25 fevral, 2020
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA aşağı liqalarda hakimləri təhqir edən və fiziki təzyiq göstərənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report"un məlumatına görə, Region Liqasında "İmişli"nin futbolçusu Elxan Məmmədov "Şamaxı" ilə matçda hakimə qeyri-etik ifadələr işlətdiyi üçün 4 oyunluq cəza alıb.
"Şamaxı"nın oyunçusu Rəhman Musayev də eyni səbəbdən 4 oyunu buraxacaq.
U-17 Liqasında "Keşlə"nin futbolçusu Azər Fərmanov baş hakimə fiziki təsir göstərib, bunun üçün 5 matçlıq cəzaya məruz qalıb. U-15 Liqasında isə "Neftçi" İK İB-nin köməkçi məşqçisi hakimə qarşı nalayiq ifadələr işlədib. Qırmızı vərəqə alan mütəxəssisə 5 oyunluq cəza verilib.
U-14 Liqasında “Azəri” TİM-in oyunçusu Orxan Verdiyev, U-13 Liqasında “Şəmkir” Gİİ UGİM-in futbolçusu Əhmədov Əli, U-11 Liqasında isə "Zirə"nin baş məşqçisi Manaf Kələntərli hakimi təhriq ediblər. Hər üç şəxs 3 oyunluq cəza alıb.