"Neftçi" Tərlan Əhmədovun rəhbərliyi altında keçirdiyi ilk oyunda məğlub olub - VİDEO

Futbol
  • 16 sentyabr, 2017
  • 16:58
Neftçi Tərlan Əhmədovun rəhbərliyi altında keçirdiyi ilk oyunda məğlub olub - VİDEO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

“Report” xəbər verir ki, turun açılış oyunu “İnter”lə “Sumqayıt” arasında baş tutub.

Matç tərəflərin 1:1 hesablı heç-heçəsi ilə başa çatıb.

Digər qarşılaşmada "Zirə" "Neftçi"ni qəbul edib. Tərlan Əhmədovun baş məşqçiliyi altında ilk oyununa çıxan "ağ-qaralar" çempionatda növbəti dəfə məğlub olublar. Görüş 2:1 hesabı ilə başa çatıb. Bu, "Zirə"nin ardıcıl 4-cü qələbəsi, "Neftçi"nin isə 4-cü məğlubiyyəti olub.

"Neftçi" Tərlan Əhmədovun rəhbərliyi altında keçirdiyi ilk oyunda məğlub olub - VİDEO

44 - Tezliklə