"Neftçi" Sloveniyadakı ilk yoxlama oyununda məğlub olub

Futbol
  • 02 iyul, 2026
  • 21:59
Neftçi Sloveniyadakı ilk yoxlama oyununda məğlub olub

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün ilk yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.