"Neftçi" "Səbail"i məğlub edə bilmədi
Futbol
- 01 mart, 2020
- 14:53
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Neftçi" "Səbail"i qəbul edib.
"Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə "Səbail"in futbolçusu Eriko da Silva avtoqol müəllifi olub. 90+2-ci dəqiqədə isə Rauf Əliyev bərabərlik qolunu vurub.
Bu nəticədən sonra 34-cü xalını qazanan "Neftçi" lider "Qarabağ"la xal fərqini azalda bilməyib. "Səbail" isə 20 xalla 6-7-ci yerləri bölüşdürür. "Qarabağ"ın isə 42 xalı var.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə"ni 2:1 hesabı ilə üstələyib. Dünən keçirilmiş "Qarabağ" - "Sabah" görüşündə hesab açılmayıb. "Sumqayıt" - "Keşlə" qarşılaşması da heç-heçə bitib - 2:2.
Son xəbərlər
22:27
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
Digər ölkələr22:07
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika21:52
"Bavariya" müdafiəçi Kim Min Cenin gələcəyi ilə bağlı danışıqlar aparmağa hazırlaşır
Futbol21:45
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Daxili siyasət21:42
Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Mədəniyyət siyasəti21:23
ABŞ Ukraynaya "Patriot" üçün 10 ədəd raket verməyə hazırdır
Digər ölkələr20:59
"Milan" baş məşqçisi Ruben Amorimlə yolları ayırmağı düşünmür
Futbol20:58
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
Digər ölkələr20:53