Premyer Liqa: "Neftçi" "Şamaxı"nı məğlub edib
Futbol
- 07 aprel, 2025
- 17:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.
"Report"un məlumatına görə, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.
Son xəbərlər
14:06
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
Futbol
14:03
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Ekologiya
13:55
"Qala Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
13:46
Papuaşvili: Aİ Gürcüstanın təşkilata üzv dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır
Region
13:42
Tokioda Azərbaycan, erməni və gürcü ekspertləri Yaponiya ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət
13:40
Foto
Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib
Xarici siyasət
13:33
ABŞ və Aİ Ukraynanın təhlükəsizliyinə etibarlı zəmanətlərin zəruriliyini bəyan edib - Yenilənib
Digər ölkələr
13:30
Bolqarıstanda zəncirvari iki yol qəzası baş verib, 5 nəfər ölüb və 10 nəfər xəsarət alıb
Digər ölkələr
13:27
Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub
Xarici siyasət