"Neftçi" qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək

Futbol
  • 13 dekabr, 2017
  • 11:33
Neftçi qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ "Neftçi" klubu qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək.

"Report"un xəbərinə görə, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüseynzadə jurnalistlərlə söhbətində məlumat verib.

O bildirib ki, müdafiəçilər - Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər - Tərzin Canahgirovla Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.