"Neftçi" "Qəbələ"ni məğlub etdi
Futbol
- 14 avqust, 2020
- 18:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə hazırlığı davam etdirən "Neftçi" və "Qəbələ" klubları yoxlama oyununda üz-üzə gəliblər.
"Report"un məlumatına görə, "Bakcell Arena"da baş tutan görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı "ağ-qaralar" açıblar. Qvineyalı yarımmüdafiəçi Mamadu Kane fərqlənib. Əyalət təmsilçisi bu qola fransalı hücumçusu Nikolas Raysellə cavab verib. Lakin oyunun sonlarında "Neftçi"nin yeni transferi Yusuf Laval komandasına qələbə qazandıran topun müəllifi olub.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 21-də start veriləcək. "Neftçi" ilk oyununu elə həmin gün evdə "Səbail"ə qarşı keçirəcək. "Qəbələ" isə avqustun 23-də "Zirə"ni qəbul edəcək.
Son xəbərlər
10:47
Foto
Müşfiqabadda Zəfər Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
Ekologiya
10:38
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
10:33
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
Energetika
10:17
Foto
"ASAN xidmət"in Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi haqqında müzakirələr aparılıb
Xarici siyasət
10:14
Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
Digər ölkələr
10:11
Azərbaycan Basketbol Liqası: "Neftçi" bu gün NTD ilə qarşılaşacaq
Komanda
10:08
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
Sosial müdafiə
10:03
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Energetika
10:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.11.2026)
Maliyyə