“Neftçi” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Futbol
  • 13 mart, 2018
  • 07:09
“Neftçi” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

“Report” xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 14-də “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq.