"Neftçi" paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

Futbol
  • 17 yanvar, 2018
  • 05:09
Neftçi paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” klubun rəsmi saytına istiandən xəbər verir ki, “ağ-qaralar” paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə birillik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.