"Neftçi"nin yeni baş məşqçisi təsdiqləndi
Futbol
- 30 iyul, 2020
- 14:06
Bu gün "Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.
Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.
Üzvlər görülən işləri qənaətbəxş hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.
Son xəbərlər
17:55
Ermənistandakı seçki pozuntuları Avropa institutlarının ikili standartlarını göstərdi - RƏY
Region17:48
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
Xarici siyasət17:45
Oman sahillərində neft tankerində yanğın baş verib
Digər ölkələr17:44
Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb
Digər ölkələr17:44
"Fulhem" Raul Ximenes və daha 13 futbolçu ilə vidalaşıb
Futbol17:38
Azərbaycan Rusiyada aqropark yaradacaq
Biznes17:38
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
ASK17:31
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
ASK17:31
Foto