"Neftçi"nin kapitanı əməliyyatdan sonra məşqlərə başlayıb
Futbol
- 24 iyul, 2015
- 08:38
Bakı. 24 iyul. REPORT.AZ/ “Neftçi” futbol klubunun kapitanı Araz Abdullayev komanda ilə məşqlərə başlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən mikroəməliyyat olunmuşdu.
Buna görə də o, "ağ-qaralar"ın Bakıdakı məşqlərinə qatıla bilməmişdi. Artıq futbolçu bir neçə gündür ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən bir müddət hazırlıqdan kənarda qaldığı üçün ötən gün “Alanyaspor”la keçirilmiş qarşılaşmada meydana çıxmayıb. Qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Son xəbərlər
11:27
Ceyhun Bayramov ilə ATƏT-in sədri arasında təkbətək görüş başlayıb
Xarici siyasət11:23
Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
Xarici siyasət11:21
UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
Futbol11:18
Həsən Həsənli: 155 azərbaycanlı dünyanın TOP 10 universitetində təhsil alacaq
Elm və təhsil10:58
İzmirdə bələdiyyə sədri daxil olmaqla 21 nəfər saxlanılıb
Region10:57
Ukrayna Sızranda neft emalı zavoduna zərbə endirib
Digər ölkələr10:53
Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb
Region10:53
Gelencikə PUA hücumu nəticəsində xəsarət alanların sayı 58-ə çatıb
Region10:48