"Neftçi"nin futbolçusu Haiti yığmasının heyətində növbəti qolunu vurub - VİDEO

Futbol
  • 17 oktyabr, 2018
  • 07:21
Neftçinin futbolçusu Haiti yığmasının heyətində növbəti qolunu vurub - VİDEO

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində növbəti qolunu vurub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. Bu, 28 yaşlı yarımmüdafiəçinin Haiti yığmasının heyətində 13-cü görüşündə 2-ci qolu olub. Mustivar oyunun ikinci hissəsinə əlavə olunan ilk dəqiqədə əvəzlənib. Görüş onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

“Neftçi”nin legioneri Haiti millisindəki ilk qolunu CONCACAF Millətlər Liqasının əvvəlki qarşılaşmasında Sent-Martinin qapısından keçirib.

Qeyd edək ki, “Qarabağ"ın müdafiəçisi Donald Gerye zədə səbəbindən Haiti millisinə dəvət almayıb.

Manaf QASIMBƏYLİ