"Neftçi"nin baş məşqçisinin daha iki köməkçisi müəyyənləşib
Futbol
- 11 iyun, 2018
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyun. REPORT.AZ/ "Neftçi" futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdur. Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
Son xəbərlər
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr
22:07
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Digər ölkələr
21:59
"Real" Tibo Kurtua ilə müqavilənin müddətini uzadır
Futbol
21:56
Foto
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət
21:52
Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb
Xarici siyasət