"Neftçi"nin baş məşqçisi: "Mübarizəni dayandırdığımız üçün üzgünük"

Futbol
  • 20 dekabr, 2019
  • 15:22
Neftçinin baş məşqçisi: Mübarizəni dayandırdığımız üçün üzgünük

"Bizi çətin oyun gözlədiyini bilirdik. İlk görüşdəki neqativ nəticəni aradan qaldırmağa çalışırdıq. Oyun istədiyimiz kimi alındı".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qolsuz heç-heçə edərək mübarizəni dayandırdıqları cavab oyunundan sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, cinahlardan hücumlar təşkil etməyə cəhd göstərsələr də, qapıya zərbə vurmaqda çətinlik çəkiblər: "Üstün oynasaq da, alınmadı. Üzgünük".

Qeyd edək ki, "Sumqayıt" səfərdə baş tutan ilk oyunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.

44 - Tezliklə