"Neftçi"nin baş məşqçisi: "Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım"

Futbol
  • 04 dekabr, 2024
  • 18:05
Neftçinin baş məşqçisi: Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım

Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Difai"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis böyükhesablı qələbəyə görə futbolçularına təşəkkür edib:

“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin I Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.

Qeyd edək ki, "Difai"yə 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.