"Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub
Futbol
- 05 noyabr, 2017
- 15:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
"Report"un məlumatına görə, son oyunda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Riçard Qadze vurub.
Bununla da "Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub. Üstəlik, flaqman "Zirə" ilə 10-cu oyununda da meydanı qalibiyyətsiz tərk edib. Hazırda 13 xala malik "ağ-qaralar" 5-ci pillədə qərarlaşıb. Xallarını 24-ə çatdıran "Zirə" isə 2-ci pilləyə qayıdıb.
Turun ilk 3 oyununda "Qəbələ" evdə "Səbail"i, "Sumqayıt" "Keşlə"ni 3:1, "Qarabağ" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yenib.
Son xəbərlər
10:10
Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb
Digər ölkələr
10:05
Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
İnfrastruktur
10:04
TƏBİB: Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Sağlamlıq
10:03
Foto
NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub
Hərbi
10:01
Azərbaycan güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
09:56
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes
09:55
Foto
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici siyasət
09:54
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
Digər ölkələr
09:53
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur