"Neftçi"nin 2018-ci ildə ilk rəqibi açıqlanıb
Futbol
- 09 yanvar, 2018
- 11:05
Bakı. 9 yanvar. REPORT.AZ/ “Neftçi” futbol komandası 2018-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib "Keşlə” klubu olacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında təşkil olunacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.
Yanvarın 17-dən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. Flaqman yanvarın 25-i Ukrayna “Çernomorets”i ilə deyil, Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “OİK-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.
Son xəbərlər
07:42
Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək
Digər ölkələr07:07
Foto
Rusiyada yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub
Region06:54
"Yonhap": KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - YENİLƏNİB
Digər ölkələr06:27
"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Digər ölkələr06:06
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
Digər ölkələr05:35
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
Region04:40
İndoneziya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr04:10
Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb
Region03:45