"Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb

Futbol
  • 26 may, 2026
  • 11:32
Neftçi Murad Məmmədovun Pafos klubuna keçidini açıqlayıb

"Neftçi"nin və U-21 millisinin futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

2024/2025 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 millisinin heyətində 10 matçda 1 qola imza atıb.

44 - Tezliklə