"Neftçi" Moskva "Spartak"ını məğlub etdi
Futbol
- 29 iyun, 2021
- 17:20
Xaricdə təlim-məşq toplanışında olan "Neftçi" komandası sonuncu yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib.
Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilmiş görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarını 8-ci dəqiqədə Namik Ələskərov, 45+2-ci dəqiqədə isə yeni transfer Harramiz Soares vurub. Moskva təmsilçisinin qoluna isə 44-cü dəqiqədə Mixail İqnatov imza atıb.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli “Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzub.
"Neftçi" Moskva "Spartak"ını məğlub etdi
Son xəbərlər
02:56
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
Digər ölkələr02:21
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
Region02:07
DÇ-2026: Fransa - İraq oyununda ikinci hissə təxirə salınıb - YENİLƏNİB-3
Futbol02:06
"Al-Hadath": Fransa İran əleyhinə sanksiyaların ləğvinə qarşıdır
Digər ölkələr01:46
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir
Digər ölkələr01:28
ABŞ-nin Sahil Mühafizəsinin helikopteri Alyaskada qəzaya uğrayıb
Digər ölkələr01:12
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
Futbol01:07
Ankarada iyunun 28-dən iyulun 11-dək aksiyaların keçirilməsi qadağan olunub
Region00:39