"Neftçi" klubunda yeni təyinat gerçəkləşib

Futbol
  • 11 iyun, 2018
  • 11:29
Neftçi klubunda yeni təyinat gerçəkləşib

Bakı. 11 iyun. REPORT.AZ/ "Neftçi” futbol klubunda yeni təyinat gerçəkləşib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Qədir Həsənov əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub. Q.Həsənov bu postda Eldəniz Yusifovu əvəzləyib. 

Qeyd edək ki, Q.Həsənov 2010-cu ilin avqustundan "Neftçi”də müxtəlif vəzifələrdə çalışıb.