"Neftçi" klubu xorvatiyalı müdafiəçi ilə müqaviləyə xitam verib

Futbol
  • 21 fevral, 2018
  • 06:00
Neftçi klubu xorvatiyalı müdafiəçi ilə müqaviləyə xitam verib

Bakı. 21 fevral. REPORT.AZ/ "Neftçi" klubu futbolçu Mateo Mujek ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı müdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb. 

Qeyd edək ki, "Neftçi" ötən yay Mateo Mujeklə 2 illik müqavilə bağlasa da, Sloveniyanın "Rudar" klubundan gələn sol cinah müdafiəçisi heyətə düşməkdə çətinlik çəkirdi.