"Neftçi" klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

Futbol
  • 25 yanvar, 2018
  • 07:45
Neftçi klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

Bakı. 25 yanvar. REPORT.AZ/ “Neftçi” klubu futbolçu Namik Ələskərovla mövsümün sonunda bitəcək müqavilənin müddətini daha 1 il artırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunadək nəzərdə tutulan yeni anlaşmaya imza atıb.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ilin yanvarından “Neftçi”də çıxış edir.