"Neftçi" ilə matçı buraxan "Qarabağ" futbolçularının durumuna aydınlıq gəlib
Futbol
- 08 fevral, 2022
- 05:52

"Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XV tur oyununda iştirak etməyən "Qarabağ"ın futbolçularının son durumu açıqlanıb.
Klubdan "Report"a verilən məlumata görə, koronavirusa yoluxan Qara Qarayev, mikrozədəsi olan kapitan Maksim Medvedev və özünü narahat hiss etdiyi üçün meydana çıxmayan İbrahima Vadji qarşıdakı matçlarda komandaya kömək edə biləcək.
Hər üç oyunçu fevralın 11-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazır olacaq.
"Qarabağ"la qarşılaşmada zədələndiyi üçün əvəzlənən "Neftçi"nin futbolçusu Huqo Bastonun da durumu ciddi deyil.
Qeyd edək ki, "Qarabağ" rəqibini 2:1 hesabı ilə üstələyib. Ağdam təmsilçisi ölkə kubokunun ilk matçında "Keşlə"ni minimal hesabla yenib - 1:0.
Son xəbərlər
12:59
Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq
Digər12:58
İsrail 150 min insanın Qəzzanı tərk etdiyini bildirib
Digər ölkələr12:56
MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək
Milli Məclis12:54
MM bir sıra beynəlxalq saziş, anlaşma memorandumu və konvensiyaları ratifikasiya edəcək
Milli Məclis12:53
Foto
ADSEA və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi Anlaşma Memorandumu imzalayıb
İnfrastruktur12:53
Vüsal Şıxəliyev: "Yeni etalon laboratoriyalarının açılışı rəqabətli istehsal və ixrac üçün yeni imkanlar yaradır"
İnfrastruktur12:52
ABŞ-dən olan olimpiya mükafatçısı diskvalifikasiya edilib
Fərdi12:45
Azərbaycanda havadan su əldə ediləcək
İnfrastruktur12:45