Maykl Essyen iki həftə müddətinə sıradan çıxdı
Futbol
- 03 mart, 2020
- 06:53
Maykl Essyen
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda zədələnən "Səbail"in futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinədən sonra 38 yaşlı qanalı yarımmüdafiəçinin əzələsində II dərəcəli dartınma aşkarlanıb. Təcrübəli oyunçu bu səbəbdən ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Maykl Essyen qarşılaşmanın 17-ci dəqiqəsində əvəzlənib və onun yerinə meydana Elçin Rəhim daxil olub. "Səbail" XX turda evdə "Zirə" ilə, XXI turda isə səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Son xəbərlər
19:15
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
Digər ölkələr
19:07
"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib
Xarici siyasət
18:55
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Digər ölkələr
18:49
Məhəmməd Salah Türkiyə Superliqasında ötən ayın ən yaxşı futbolçusu seçilib
Futbol
18:41
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Energetika
18:31
Foto
MDB nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Sosial müdafiə
18:29
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
Digər ölkələr
18:19
Video
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
18:10
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət