“Neftçi” futbolçusunu Venesuela klubuna icarəyə verib

Futbol
  • 28 iyul, 2017
  • 15:48
“Neftçi” futbolçusunu Venesuela klubuna icarəyə verib

Bakı. 28 iyul. REPORT.AZ/ “Neftçi” futbolçusu Edson Kastilyo Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verib.

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı venesuelalı yarımmüdafiəçi 2017-ci ilin sonunadək Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Edson Kastilyo “Mineros Quayana”nın yetirməsidir və 2016-cı ilin yayında “Neftçi”yə transfer olunub.

44 - Tezliklə