"Neftçi" öz rekordunu yenilədi
Futbol
- 23 noyabr, 2020
- 08:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
"Report"un məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.
Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.
Bununla da “Neftçi”nin böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.
Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.
Son xəbərlər
09:55
Azərbaycan neft məhsullarının ixracından qazancını 2,1 dəfə artırıb
Energetika
09:54
Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
İKT
09:53
Azərbaycan 9 ayda 18 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
Energetika
09:52
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Hadisə
09:50
Azərbaycan neft ixracından qazancını 13 % artırıb
Energetika
09:48
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib
Elm və təhsil
09:48
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 29 %-dən çox azaldıb
Biznes
09:48
"Xetafe" Serxio Ramosu transfer etməkdə maraqlıdır
Futbol
09:46
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Biznes